Siyasət

Rusların qorxunc qisası: 600 ukraynalı öldürüldü

8 Yanvar 2023 23:33
Baxış: 2 429

Ukrayna ordusunun Makeyevka şəhərində müvəqqəti olaraq əsgərlərin yerləşdiyi binaya raket hücumu nəticəsində 89 rus əsgərin həyatını itirməsi (Ukrayna tərəfi onların sayının 400-500 olduğunu bildirmişdi) barədə xəbər vermişdik.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, əks-hücuma keçən Rusiya Ukraynada bir kazarmaya qarşı qisas hücumunda 600 Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya ordusunun Ukrayna ərazisində həyata keçirdiyi hücumlarla bağlı verdiyi açıqlamada Ukrayna əsgərlərinin yerinin Rusiya kəşfiyyatının dəstəyi ilə müəyyən edildiyini bildirib.

Konaşenkov açıqlamasında yeni ilin ilk günündə Ukrayna ordusunun Makeyevka şəhərinə raket hücumu nəticəsində 89 rus əsgərinin həlak olduğunu, cavab olaraq Kramatorsk şəhərinə hücum etdiklərini də əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.