Siyasət

Qazaxıstanın bu şəhərində fövqəladə vəziyyət

3 Yanvar 2023 22:52
Baxış: 875

Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Jambil vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şəhərdə fövqəladə vəziyyət güclü külək elektrik xətlərini zədələdiyinə görə elan edilib:

"Sarısu bölgəsinin Janatas şəhərində 30 m/s-ə çatan güclü külək davam edir. Şəhərin kommunal müəssisəsinin ayrı-ayrı generatorlarının gücü kifayət etmir. Hazırda elektrik xətlərinin 20 dirəyinin aşdığı müəyyən olunub".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.