Siyasət

Aksiyasının 17-ci günündə - Xankəndi-Laçın yolundan neçə maşın keçdi?

29 Dekabr 2022 07:15
Baxış: 929

Xankəndi-Laçın yolunda keçirilən aksiya 17 gündür davam edir.

Dünən gün Xankəndində hərəkətlilik müşahidə olunub.

Belə ki, etirazçıların tələblərinə baxmayaraq, onların qarşısına çıxmayan Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bu gün Xankəndidə seperatçıların görüşünə gəlib.

Həmin yoldan gün ərzində 3-ü Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus olmaqla 45 maşın keçib. BQXC-nin maşınları ilə Xankəndidə yaşayan 3 erməni xəstə təcili olaraq Ermənistanda yerləşən xəstəxanaya aparılıb. Geri dönərkən də maşınlarla dərman-preparatlar və tibbi ləvazimatlar daşıyıblar.

Bundan əlavə, ərazidən 10-u yanacaq olmaqla, 16 böyük yük maşını keçib. Digərləri isə humanitar yardım, maddi texniki təchizat və təminat maşınları olub.

Xatırladaq ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun əraziyə gəlməsini tələb edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.