İrəvan Azərbaycana qarşı sentyabr təxribatı zamanı məhv edilən erməni hərbçilərinin yeni sayını açıqlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin yeni məlumatlarına görə, 224 hərbçi həlak olub.
Qeyd edək ki, Ermənistan artıq neçənci dəfədir məhv edilən hərbçiləri ilə bağlı qeyri-dəqiq informasiya verir. Bundan öncə Ermənistan parlamentinin sədri Alen Simonyan ölənlərin sayının 240 nəfər olduğunu, Baş nazir Nikol Paşinyan isə 210 erməni əsgərin öldüyünü, 29-nun isə itkin düşdüyünü (meyitinin neytral ərazidə qaldığını - red.) bildirmişdi
Milli.Az