Siyasət

Saakaşvili azadlığa buraxılacaq? - Zurabişvili işarə vurdu

17 Dekabr 2022 22:14
Baxış: 2 073

"Gürcüstan cəmiyyətində və siyasi həyatında qütbləşmənin əsas səbəbkarı respublikanın həbsdə olan keçmiş rəhbəri Mixail Saakaşvilidir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, gürcü xalıq qütbləşməyə son qoyulmasını istəyir: "Əhalimizin arzusu bəllidir: qütbləşməyə son qoymaq istəyirlər. Onlar yeni siyasi qüvvələr, yeni fiqurlar və perspektivlər görmək istəyirlər. İndiki mərhələdə nə iqtidar, nə də müxalifət bu iradəni nümayiş etdirir".

Gürcüstanın dövlət başçısı bildirib ki, ölkənin reputasiyası və sabitliyi, eyni zamanda səhhəti səbəbindən Saakaşvilinin azadlığa buraxılması işi üzrə dekabrın 22-də keçiriləcək məhkəməni gözləmək vacibdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.