Siyasət

İran PUA-ları artıq Krımda deyil - Kəşfiyyat

17 Dekabr 2022 22:13
Baxış: 1 091

Rusiya Ukraynaya zərbə endirmək üçün İrana məxsus kamikadze dronlarının buraxıldığı yeri dəyişib. Onlar iki səbəbdən Krımdan Krasnodar diyarına köçüblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Britaniya kəşfiyyatı bildirib.

Kəşfiyyat analitikləri rusların dünənki kütləvi hücumu və hərbi vəziyyətlə bağlı yeni hesabat dərc ediblər. Onlar hesab edirlər ki, dekabrın 16-da işğalçılar həm raketlərlə, həm də İran PUA-ları ilə zərbə endirməyə cəhd ediblər. Sonuncu Krasnodar diyarından havaya qalxıb.

"Əvvəllər bu PUA-lar əsasən işğal olunmuş Krım ərazisindən buraxılırdı. Buraxılış meydançasının dəyişdirilməsi çox güman ki, Rusiyanın Krımın zəifliyi ilə bağlı narahatlığı ilə əlaqədardır, eyni zamanda bu, silahların mümkün gəliş nöqtəsindən tədarük üçün əlverişlidir",- Britaniya kəşfiyyatı əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.