Siyasət

“Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə daxil olmayıb”

16 Dekabr 2022 23:10
Baxış: 1 019

"Aİ-nin Mülki Missiyası öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb.

O bildirib ki, Aİ-nin Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.

"Patrul həmin vaxt Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb", - deyə Klaar qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.