Siyasət

Pentaqonun ilk dəfə sınaqdan keçirdiyi hipersəs raketi nədir?

15 Dekabr 2022 08:33
Baxış: 716

ABŞ ilk dəfə hipersəs raketini uğurla sınaqdan keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sınaq Kaliforniyanın cənubundakı sahillərdə - Sakit okeanda baş tutub.

Bildirilib ki, sınaq uçuşu zamanı hipersəs raketi səs sürətini beş dəfədən çox ötüb, uçuş planını tam yerinə yetirib. İlkin hesablamalara görə, sınaq tam uğurla keçib.

Lakin Pentaqon hələlik bu silahların silah arsenalında hansı yeri tutacağına və hansı təhdidlərə qarşı istifadə oluna biləcəyinə qərar verməyib.

Xatırladaq ki, ABŞ bu silahı Rusiya və Çinin səsdən 20 dəfəyə qədər sürətli yeni hipersəs silahları təkmiləşdirməsindən sonra hazırlayıb.

Qeyd edək ki, hipersəs silahlar Max 5, yaxud 3806 mil/saat sürətlə hərəkət edə bilən silahlara deyilir. Bu silahlar kosmosa yüksələ bilir və öz hədəflərinə qarşı bir təyyarənin izlədiyi trayektoriyaya oxşar formada hərəkət edərək yüksək sürət yığmaq üçün aerodinamik qüvvədən istifadə edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.