Siyasət

ABŞ-dən Rusiyada yerləşən 3 quruma sanksiya

10 Dekabr 2022 07:55
Baxış: 394

Ağ Ev Ukrayna ilə müharibədə istifadə etdiyi İran İHA-larının tədarükü və istifadəsində aparıcı rol oynayan, Rusiyada yerləşən 3 quruma sanksiya tətbiq etdiklərini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi açıqlama verib.

"İran PUA-larının alınmasında və istifadəsində aparıcı rol oynayan Rusiya mərkəzli 3 quruma sanksiya tətbiq edirik", - o bildirib.

Həmin qurumlar arasında Rusiya Aerokosmik Qüvvələrinin də olduğunu deyən Kirbi, Rusiya ilə İran arasında İHA-ların təhvil verilməsi ilə bağlı müqavilədə bu təşkilatın haqqı olduğunu vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.