Şou-biznes

Acundan mərhum iştirakçının ailəsinə JEST

20 Oktyabr 2025 20:25
Baxış: 627
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yalnızoğlunun ailəsinə böyük dəstək göstərib.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Ilıcalı mərhum aktyor və rəqqasın 8 yaşlı qızının universitetə qədər bütün təhsil xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, Hasan Yalnızoğlu 15 oktyabr 2024-cü ildə, 50 yaşında pankreas xərçəngindən vəfat etmişdi. O, uzun müddət Bakırköy Dr. Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasında müalicə alıb. Yalnızoğlu idmandakı uğurlarının ardından rəqs və aktyorluq karyerasında da önəmli işlərə imza atmış, bir vaxtlar "Anadolu Ateşi" qrupunda baş rəqqas kimi fəaliyyət göstərmiş və "Survivor" yarışması ilə geniş kütlə tərəfindən tanınmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.