Bakı mədəniyyət təşəbbüsünün əsas səhnəsinə çevriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda incəsənət festivalı keçiriləcək. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Milli.Az xəbər verir ki, layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.
Üç gün ərzində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir.
"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.
Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən Art Weekend-in əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi, bədii və ekoloji baxımdan Art Weekend konsepsiyasının mərkəzində yer alacaq.
Festival günlərində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar, mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar, küçə rəsm layihələri, immersiv küçə teatrının layihələri ilə tanışlıq gözləyir.
Festival Bakının müxtəlif incəsənət ocaqlarını - Heydər Əliyev Mərkəzi, İçərişəhər, Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Nine Senses" İncəsənət Mərkəzi və digər məkanları əhatə edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
XƏBƏR LENTİ
-
Güllünün ölümü ilə bağlı şok detal
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür





