Dünya

ABŞ-də sərnişin təyyarəsinə meteor çırpıldı - Pilot yaralandı - FOTO

20 Oktyabr 2025 19:11
Baxış: 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ səmasında inanılmaz hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, "United Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX" tipli sərnişin təyyarəsinə 36 min fut (təxminən 11 km) yüksəklikdə meteor çırpılıb. Hadisə nəticəsində kokpitin (pilot kabinəsinin) şüşəsi çatlayıb, pilotlardan biri yaralanıb.

Məlumata görə, hadisə ötən cümə axşamı Yuta ştatı üzərində baş verib. Denver-Los-Anceles reysi üzrə uçuş zamanı qəfil güclü toqquşma səsi eşidilib. Meteorun kokpitin sağ yuxarı hissəsinə çırpılması nəticəsində şüşənin bir hissəsi parçalanıb, qırılan hissələr pilotun qoluna dərin kəsiklər salıb və bəzi idarəetmə panellərinə zərər dəyib.

Fəlakətin böyüməməsinə səbəb, şüşənin tam qırılmaması olub. Hadisədən sonra pilot sərnişinlərə "Təyyarəyə kosmos cisimi çırpıldı" elanını edib və təyyarə Salt Leyk Siti hava limanına təcili eniş həyata keçirib.

Ekspertlər hadisəyə səbəb olan cismin meteor olma ehtimalının yüksək olduğunu bildiriblər. Onların sözlərinə görə, hər il Yer atmosferinə təxminən 17 min meteor daxil olur, buna görə də bu cür hadisələrin səbəbi insan mənşəli kosmos tullantılarından çox, təbii mənşəli meteorlardır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.