Akarın Araz sahilinə gəlişi xəbərdarlıqdır
İki ölkənin birlikdə keçirdiyi təlim hər zaman çox dəyərlidir və böyük məna daşıyır. Yəni iki insanın belə birlikdə hərəkət etməsinin çox çətin olduğu şərtlərdə iki ordu birgə hərəkət edir, təlim keçirir. Bəhs etdiyimiz xüsusiyyətinə görə, təlimin özündə bir çox texniki detalları birləşdirdiyini düşünürəm.
Bu sözləri Türkiyə və Azərbaycanın birlikdə keçirdiyi "Qardaş Yumruğu" hərbi təlimi haqqında danışan terror və təhlükəsizlik üzrə tanınmış ekspert Abdullah Ağar deyib.
Ağar təlimin bütün qoşun növlərində ortaq hədəfə qarşı vahid hərəkətin koordinasiyası baxımından önəmli olduğunu bildirib:
"Təlimin ən önəmli hədəflərindən birincisi Türkiyə və Azərbaycan Ordusunun müştərək hərəkət etmə qabiliyyətinin yüksəldilməsidir. İkincisi, birliklərin ortaq hədəflərə yönəlmə imkanlarının, bacarıqlarının artırılmasıdır. Üçüncüsü, döyüş meydanında nəzarət və hərəkətin koordinasiyası, vahid mərkəzdən idarə olunmasıdır. Bunları təlim meydanında görməyə bilərik, lakin göstəriləcək əsas fəaliyyət budur.
Hər iki Ordu Hava Hücumundan Müdafiə, Hava Hücumu vasitələrini, eyni zaman Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin birgə və ortaq hədəfə qarşı istifadə imkanlarını təkmilləşdirirlər. Digər bir vacib məsələ gecələr də təlimlərin davam etdirilməsidir. Biz gecə təlimlərinin izini 44 günlük Vətən müharibəsində də görə bilərik. Gecənin imkanlarından istifadə nizamlı ordular baxımından xüsusi qabiliyyətə, bacarığa, imkan və potensiala sahib olmaq deməkdir".
Ekspert "Qardaş Yumruğu" təliminin İrana mesaj xarakterli olduğunu vurğulayıb:
"Cənab Əliyev çıxışlarından birində Azərbaycan Ordusunun Türkiyə Ordusunun modeli olacağını açıqlayıb. Əslində bu, orduların bütövləşməsi mərhələsidir. Cənab Hulusi Akarın, Baş Qərargah rəisi və komandanların da təlimi müşahidə etmək üçün Azərbaycanda olması məsələyə verilən çox böyük əhəmiyyətin əyani təzühürüdür, dildə, fikirdə, işdə birlik, strateji müttəfiqlik deməkdir. XTQ-nin təlimlərə qatılması onun tamam fərqli xüsusiyyətdə olması deməkdir. İşin içində XTQ varsa, hər zaman dərinliyə hərəkət gündəmə gəlir. Burada verilən mesaj aidiyyəti ünvana mütləq gedəcək. Təlim harada keçirilir? - Cəbrayıl, İmişli və Astarada, yəni son dövrdə təcavüzkar hərəkətlərlə üz-üzə qaldığımız İranla sərhədyanı bölgələrdə. Fikrimcə, təlimlərdə İrana "Sənin təhdidlərini cavabsız qoymayacağıq", "Biz dost kimi dostluq, düşmən kimi düşmənçilik etməyi də bacarırıq" mesajı verilir. Yəni, burada"Əgər düşmənçilik etsən, bunun qarşılığını görəcəksən" yanaşması var. Ona görə də hansısa siyasi ehtiraslarla ölkələrimiz üzərində kirli planlar quranlar daha dərindən düşünməli və götür-qoy etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)





