Siyasət

Ali Baş Komandan: "Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir"

6 Dekabr 2022 15:22
Baxış: 1 114

"Qardaş yumruğu" təlimi Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür.

Milli.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik edərkən deyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.