Lavrov: Minsk Qrupunu fransızlar və amerikalılar dəfn edib
Rusiyanın Azərbaycanla-Ermənistan arasındakı münasibətlərin normallaşmasında vasitəçilik missiyasına paralel olaraq, biz digər oyunçuların bu prosesə maneə olmaq cəhdlərini görürük.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bununla bağlı heç bir problem yaşamamışıq. Qərb xüsusi hərbi əməliyyat başlayandan sonra Paris və Vaşinqtonun dili ilə rəsmi bəyan edib ki, onlar Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bitdiyini elan ediblər. Ona görə də, bizim erməni həmkarlarımız hərdən Minsk Qrupunu xatırlayanda, biz onlara deyirik ki, sualı bizə yox, ABŞ-a və Fransaya verin. Əlbəttə ki, sual həm də Azərbaycanadır. Ona görə ki, Azərbaycanın iştirakı olmadan hansısa vasitəçilik missiyası mənasızdır. İndi amerikalılar, fransızlar, ümumilikdə Avropa İttifaqı özləri tərəfindən dəfn olunan Minsk Qrupunu hazırki vasitəçilik xidmətlərinə maneə olmaqla kompensasiya etməyə cəhd edir və Rusiyanın iştirakı ilə tərəflər arasında əldə olunan razılaşmaları özəlləşdirməyə çalışırlar. Misal üçün, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasını keçirirlər. Azərbaycanlılar və ermənilər mədəni insanlardır. Onlar ora gedirlər. Amma mənə təsəvvür etmək çətindir ki, ancaq Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə etmək olar", - Lavrov deyib.
Lavrov onu da bildirib ki, hazırda Minsk Qrupunu heç kəs xatırlamır: "Hərdən Ermənistanda siyasi xadimlər xatırlayırlar. Minsk Qrupunu fransızlar və amerikalılar dəfn ediblər. Bizim burada heç bir günahımız yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi





