İranda aksiyalar: molla rejimi etirazı “qanla boğur”
İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tehran, Gilan, Sənəndəc, Dehdəşt, Məşhəd və bir sıra şəhərlərində etirazçılar "Diktatora ölüm!", "Azadlıq!", "Qadın, Həyat, Azadlıq!", "Bu il başqa ildir, Seyid Əli devrilibdir!" və digər şüarlar səsləndirilib.
Kürdlərin Kirmanşah, Bukan, Saqqız şəhərlərində isə bazar və biznes tətili davam edib.
İran Kürdüstanı Partiyalarının Əməkdaşlıq Mərkəzi ilə yanaşı, Kürdüstanın Həyat Azad Partiyası və İran Kommunist Partiyasının Kürdüstan Təşkilatı Komala da İran xalqını ölkə boyu ümummilli tətil və etiraz aksiyası keçirməyə dəvət edib.
Fars əyalətinin Lamrud qəsəbəsində yerləşən Cənub Alüminium sənayesi müəssisəsinin işçiləri işi dayandıraraq tətil keçirib.
Gülüstan əyalətində aksiyalar zamanı hökumət qüvvələri tərəfindən döyülərək komaya düşən və xəstəxanaya yerləşdirilən, Qorqanda ayaqqabıçı işləyən 15 yaşlı Mehdi Kabali adlı uşaq dünyasını dəyişib.
Məşhəd şəhərində Kürdüstan və onun xalqı naminə Seminariyanın binası yandırılıb. Yerli sakinlər küçələrdən yığdıqları boş patronları göstərək hökumətin etirazçıları Kalaşnikov avtomat silahı və ov tüfəngi ilə güllələdiyini bildirib.
Dehdəşt şəhərində keçirilən etiraz aksiyasında etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb.
Sənəndəc şəhərində Kürdüstan Universitetinin professorları və əməkdaşları bəyan ediblər ki, "həbs olunanlar azad olunana qədər oturaq aksiyamızı davam etdirəcəyik!";
Hökumət qüvvələri 16 yaşlı şagirdi ürək nahiyəsindən döyüş silahı ilə güllələyib. SEPAH helikopterləri hədə-qorxu gəlmək məqsədi ilə Sənəndəc səmasında patrul edib.
Mərivan şəhərində molla rejiminin Əli Fəttahi adlı təhlükəsizlik işçisi gənclər tərəfindən döyülüb. Bukanda isə SEPAH bir neçə məhəlləyə hücum edib və atışma səsləri eşidilib.
Kürdüstan əyalətinin bir qrup sakini həmvətənlərinin inqilabi qiyamını dəstəklədiklərini açıqlayarkən "son bir neçə gündə İranın bəzi yerlərində və xüsusən də Kürdüstanda" etirazçıların öldürülməsini pisləyib və parlamentarilərin kütləvi istefasını tələb ediblər.
Qəzvin əyalətinin Əlvənd sənaye şəhərciyində "Bəhmən Dizel Qəzvin" işçiləri "Biz vəd istəmirik, haqqımızı istəyirik!" şüarı ilə tətil elan ediblər.
Luristan əyalətində aktyor və komediya aktyoru Hüseyn Zarincuyi çağırış dərc etdiyinə və İran Milli İnqilabını dəstəklədiyinə görə qaçırılıb, daha sonra öldürülüb. Onun cəsədini doğma şəhərindən başqa bir şəhərdə basdırıblar.
Mərkəz əyalətinin Savə şəhərində "Pars Ampul" əczaçılıq şirkətinin işçiləri üç gündür ki, hökumətə qarşı etiraz olaraq tətil keçirib.
Tehranda elektrik lampası bazarında tətil davam edib. Gənclər cümə axşamı bütün ölkənin küçələrində etiraz aksiyalarına çağırıblar. Tehranın Moşiriye məhəlləsində İranın mülki geyimli hökumət qüvvələri etirazçı gənci vəhşicəsinə döyüb. Metronun Mirzə Şirazi stansiyasında hökumət qüvvələri etirazçılara qarşı zor tətbiq edərək döyüb. Məsudiyyə qəsəbəsində tələbə qızlar etiraz aksiyası keçirib. Tələbələr hökumət əleyhinə şüarlar səsləndirərək İslam Respublikası liderlərinin şəkillərini cırıblar.
Urmiya əyalətinin Dizəc Murgəvar şəhərində hökumət qüvvələri etirazçılara qarşı basqı edərək gücləndirilmiş təhlükəsizlik tədbiri həyata keçirib. Zəncan şəhərində isə etirazçılar Qasım Süleymaninin banerini yandırıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
XƏBƏR LENTİ
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)





