Azərbaycan cəmiyyəti İranın ermənipərəst siyasətini böyük hiddətlə qarşılayır - Sevil Mikayılova
Azərbaycan ilə İran arasında yaşanan gərginliyin səbəbkarı məhz ikinci tərəfdir. İranın son dövrlərdə Ermənistana açıq dəstək ifadə etməsi, bu ölkəyə yüksək səviyyəli rəsmi səviyyəli səfərlər, "dostluq-qardaşlıq" mesajları, Qafanda divarlarının suvağı qurumadan tələsik konsulluğun açılması, Azərbaycan sərhədində hücuma hazırlaşırmış kimi hərbi təlimlər keçirilməsi iki ölkə arasında gərginliyi son həddə çatdırdı. Azərbaycan cəmiyyəti belə addımları böyük hiddətlə qarşılayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, İran rəsmiləri "Ermənistanın ərazi bütövlüyünün pozulması bizim qırmızı xəttimizdir" kimi açıqlamalar verərək, Azərbaycanın ünvanın sərt ittihamlar, təzyiq dolu bəyanatlar səsləndirməyə başladı. Xüsusilə İran parlamentinin deputatları, yüksək vəzifəli hərbi və mülki şəxslərinin Azərbaycan haqqında ziddiyyətli açıqlamaları dostluq və mehribanlıq rəhnindən tam uzaq idi.
"Bəli, biz tarixən İranın bu tipli siyasət aparmasının şahidi olmuşuq. Elə bir il əvvəl də eyni ssenari üzrə proseslər cərəyan edirdi. Amma Azərbaycanla güc və təzyiq dilində danışmağın əbəs olduğunu dərk edən rəsmi Tehran geriyə addım atmışdı. Təəssüf ki, bu dəfə İran bu siyasəti daha israrla aparmağa başladı. Cavab özünü çox gözlətmədi. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında acı taleyin hökmü ilə bizdən ayrı düşən Cənubi Azərbaycandan olan qardaş və bacılarımıza xitab edərək, onların milli kimlik və ana dilində təhsil almaq hüquqlarını qaldırdı. Qısa müddətdə Cənubi Azərbaycanın əsas şəhərlərinin küçələrində Prezident İlham Əliyevin şəkilləri vuruldu.
İranın keçirdiyi hərbi təlimlərə cavab olaraq Azərbaycan tərəfindən xüsusi təyinatlıların iştirakı ilə daha yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış hərbi təlimlər keçirildi. İranın Azərbaycanda qurmağa çalışdığı casus şəbəkələri ifşa olundu.
Vəziyyəti pik həddə qədər gərginləşdirdikdən sonra İran rəsmisi Əli Əkbər Vilayətinin timsalında Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi diqqət cəlb edir. İran geri addım ataraq Azərbaycanla münasibətlərin normallaşdırılmasının və gərginliyin aradan qaldırılmasının tərəfdarı olduğunu açıq dilə gətirir", - deyə S.Mikayılova qeyd edib.
Deputat diqqətə çatdırıb ki, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı dövrdə ermənipərəst siyasət yürüdən İran Azərbaycan cəmiyyəti qarşısında özünü büsbütün ifşa etdi. Bu proseslər İranın Azərbaycandakı nüfuzuna ciddi zərbə oldu, xalqımız müsəlman qardaşlığının İran üçün yalnız dildə olduğunu gördü.
Ölkəmizin milli maraqların qorunması Prezident İlham Əliyevin xarici siyasət kursunun ana xəttini təşkil edir. Ona görə də Azərbaycanla təzyiq dilində danışmaq yolverilməzdir, çünki bunun cavabı qəti və sərt olacaq. Ölkəmiz hər zaman qonşuları ilə mehriban, dost münasibətlər qurmağa çalışıb və bu kimi avantüralardan uzaq olub.
"Düşünürük ki, İran tərəfi münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini tək açıqlamalarında deyil, həm də əməllərində davam etdirərsə, Azərbaycan gərginliyin aradan qaldırılması üçün bundan sonra da lazımi addımlar atacaq", - deyə Sevil Mikayılova vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
XƏBƏR LENTİ
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)





