Siyasət

Almaniyada MÜHARİBƏ PLANI: bu ölkənin qəfil hücumu DAĞIDICI OLA BİLƏR

20 Noyabr 2022 22:51
Baxış: 931

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn konfidensial sənəd imzalayıb, ona əsasən Bundesver tam miqyaslı "hərbi müdafiə və əməliyyat təlimi" keçirməyə hazırlaşır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, söhbət Rusiya ilə birbaşa hərbi toqquşmaya hazırlaşmaqdan gedir.

Zornun sözlərinə görə, Rusiya Federasiyası Almaniya üçün təhdiddir və buna görə də Berlindən müharibə başlayacağı təqdirdə plan hazırlaması tələb olunur.

"Almaniyaya hücum potensial olaraq xəbərdarlıq edilmədən baş verə bilər və böyük, bəlkə də dağıdıcı nəticələrə səbəb ola bilər. Biz əminik ki, təlim keçmiş və hadisələrin hər cür inkişafına hazır olan Almaniya Silahlı Qüvvələri Rusiya üçün çəkindirici rol oynayacaq", - Zorn bildirib.

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Moskvanın "aqressiv planları"na dair heç bir sübutla öz ehtimallarını təsdiq edə bilməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics