Siyasət

NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq

19 Noyabr 2022 22:49
Baxış: 922

"NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Halifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

"NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün təhlükə deyil", - Pentaqon rəhbəri qeyd edib.

Ostin, həmçinin vurğulayıb ki, NATO hərbi əməliyyatlara cəlb edilməsə də, Ukraynanın müdafiəsinə dəstək olacaq:

"Biz NATO ərazisinin hər qarışının müdafiəsini gücləndirməyə davam edəcəyik", - Nazir deyib.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynadakı vəziyyət "soyuq müharibə"nin bitməsindən sonra ən böyük təhlükəsizlik böhranıdır:

"Bu müharibənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.