Siyasət

“Rusiyanı dünyadan təcrid edəcəyik” - Avropa İttifaqı

15 Noyabr 2022 07:35
Baxış: 681

Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib açıqlamalarla çıxış edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında Ukraynanı dəstəkləməyə davam edəcəklərini qeyd edib.

O, bildirib ki, Rusiyaya qarşı təzyiqlər getdikcə artacaq:

"Birincisi, Rusiyanı beynəlxalq arenada təcrid etməyə davam edəcəyik. Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirəcəyik. Xüsusilə həmin tədbirləri gücləndirməyə davam edəcəyik. Rusiyaya silah və hərbi dəstək verdiyi bilinən İran və Belarus kimi üçüncü ölkələri də hədəf almağa hazırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.