Siyasət

Paşinyan sülhməramlıların mandatının 20 ilə qədər uzanmasını istəyir

29 Oktyabr 2022 20:04
Baxış: 1 047

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Paşinyan belə bir təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.

"Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda atəşkəs razılaşmasının icrasını yoxlamaq üçün göndərilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.