Siyasət

Mehriban Əliyeva dirijor Rauf Abdullayevi yubileyi münasibətilə təbrik edib - FOTO

29 Oktyabr 2022 12:23
Baxış: 635

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş dirijor Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edib.

Milli.Az paylaşımı təqdim edir: "Hörmətli, Rauf Abdullayev!

Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, milli musiqi mədəniyyətimizin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.