Siyasət

Kadırov ukraynalı əsirlərlə görüşdü

20 Oktyabr 2022 08:42
Baxış: 1 163

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda ukraynalı əsirlərlə görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, onlar Kadırovun uşaqları və bacısı oğullarının Donetskə səfərindən sonra müşayiət altında regiona gətirilib.

"Farş üçün top yemi.... Özləri isə Kiyevdə oturub gəzir, əylənir. Nə üçün döyüşürük? Bax, nə üçün döyüşürdün?", - deyə Kadırov əsirdən soruşduqda, "Heç nə üçün" cavabını alıb.

Bildirilib ki, Kadırov əsirlərə təkcə humanizm deyil, həm də qonaqpərvərliklə yanaşmağı tapşırıb. Çeçenistan rəhbəri həmçinin hərbi əsirlərə gələcəkdə vətənə qayıtmaq imkanını vəd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.