Azadlıq əmmaməli olmur: İranda saqqal sümüyə dirənib
Sentyabrın 16-dan bəri İran İslam Respublikasında başlanmış kütləvi etiraz aksiyaları səngimək bilmir. Qeyri-rəsmi məlumatlara görə, aksiyalarda həlak olanların sayı artıq 201 nəfərə, yaralananların sayı isə 1202 nəfərə çatıb.
Rəsmi məlumat təbii ki, yoxdur və İrandakı hakimiyyətin şakərinə bələd olduğumuz üçün asanlıqla təxminləyə bilərik - olmayacaq.
İranda etirazlar 22 yaşlı Məhisə Əminin qətlə yetirilməsindən sonra başladı. Hicabının altından saçı çıxdığı üçün Əxlaq Polisinin əməkdaşlarının tutub polis idarəsinə apardıqları Məhisə orada vəhşicəsinə döyülüb və aldığı travmalardan keçinib.
İran polisi isə israrla təkrarlayır ki, M.Əmini "qəfil ürəktutmasından vəfat edib".
Küçələrə çıxan insanlar "Qadın! Həyat! Azadlıq" deyirlər.
Əslində onlar ölkəni idarə edən ayətullaların klerikal teokratiyasından bezdiklərini, molla hakimiyyətindən iyrəndiklərini deyirlər.
Onlar ölkənin ali dini rəhbəri ayətulla Xamneyinin və "İslam İnqilabı Keşikçiləri Korpusu"nun mərhum generalı Qasım Süleymaninin portretlərini qoparır, cırır və yandırırlar.

İranda 1979-cu ildəki İslam İnqilabından bəri ilk dəfədir belə etiraz aksiyaları keçirilir. Əvvəlki aksiyalardan fərqlri olaraq, indi cəmiyyətdə az qala hamı mövcud hakimiyyətə qarşıdır.
Həlak olmuş Məhisə Əmini kürd olsa da, "Qadın, həyat, azadlıq!" şüarını indi İranın çoxmillətli və polietnik cəmiyyətinin bütün mənsubları söyləyirlər.
Təbii, bu etiraz aksiyaları ayətullaların hakimiyyəti yerlə yeksan etməyəcək, amma nümayişlər çağdaş İranın 43 illik tarixində ən böyük sosial partlayışdır.
Zahirən hər şey sadə təsir bağışlaya bilər: hicab, xüsusilə də qadınların hicablı olmağa vadar edilməsi milyonlarla iranlının səbr kasasını daşdırıb.
Hicab İranda artıq ayətullaların zorakılığa söykənən avtoritar, müstəbid rejiminin simvoluna çevrilib.
Məhz bu səbəbdən on minlərlə iranlı xanım indi kameralar qarşısında hicabı başlarından çıxarır, saçlarını kəsirlər.
Hicab təsadüfən teokratiyanın simvoluna çevrilməyib.
İş ondadır ki, İslam İnqilabından sonra iranlıların hüquqlarının pozulması qadınların azadlıqlarının məhdudlaşdırılması ilə başlandı. 1979-cu ildə ayətulla Xomeyninin ilk fətvası məhz iranlı qadınlara qarşı yönəlmişdi.
İranlıların fikrincə, ölkənin molla rejiminin məngənəsinə düşməsi qadınların hüquqlarının tapdanması ilə başlandığına görə, bu mənfur rejimdən qurtuluş da qadın hüquqlarının bərpası ilə olmalıdır.
Ölkədə keçirilmiş son rəy sorğularının nəticələrinə görə, iranlıların sadəcə, 15 faizi hicab məcburiyyətini dəstəkləyirlər. Təqribən 80 faiz bu məcburiyyətə qarşıdır.
Hətta namaz qılan, dindar iranlı qadınlar belə, məcburiyyəti qəbuledilməz sayırlar.
İndiki aksiyaların digər özəlliyi qadınlarla kişilərin çiyin-çiyinə olmasıdır. İran gəncliyi nə valideynlərinə, nə də əvvəlki nəsillərə bənzəmir və onun əsas fərqli cinsi fərqlər olmayan həmrəylikdir.

Çağdaş iranlı gənclər əvvəlki nəsillərin patriarxal dəyərlərini qəbul etmirlər.
Küçələrə çıxan İran vətəndaşlarını həbsxana və ya işgəncələr qorxutmur. Məhz bu səbəbdən İran hakimiyyəti zorakılğı, aqressiyası, cəzaları artırdıqca cəmiyyətdə qəzəb də artır.
Tehrandakı molla rejimi nümayişlərə çıxanları dinləmək və anlamaq istəmir. Çünki yaxşı bilir: əgər tələblərdən biri qəbul edilərsə, yeniləri olacaq - teokratiya isə hadisələrin belə inkişaf variantı ilə əsla razı deyil. Hakimiyyətin əlində sadəcə bir vasitə var - repressiya.
Lakin molla rejimi indiki davranışla ən yaxşı halda azacıq vaxt udacaq, aqoniyasının müddətini uzadacaq.
Səbəb bəsitdir: tələblər hansısa bir qrup insanın və ya tabanın yox, bütün İran cəmiyyətinin istəyidir.
İndiki aksiyaların digər maraqlı məqamı isə nümayişlərin etnik, sinfi və siyasi məcrasının olmamasıdır. Sadəcə, yaş məqamı var: küçələrə çıxanların total əksəriyyəti 15-22 yaşlı yeniyetmələrlə gənclərdir.
Onlar ayətulla Xamneynin hakimiyyəti zamanı doğulduqlarından İslam İnqilabı dönəmində yaşanmış proseslərdən bixəbərdirlər. Lakin hakimiyyətin internetlə bağlı bütün yasaqlarına və məhdudiyyətlərinə rəğmən, sosial şəbəkələr sayəsində müasir dünyada nələrin baş verdiyini bilirlər.
Aksiyaların lideri, idarəedici strukturu olmasa da, gənclər sosial şəbəkələr vasitəsilə özünütəşkil metodunu seçiblər.
Bu onların güclü, eyni zamanda zəif cəhətidir. Onlar nə istədiklərini dəqiq bilməsələr də, hüquqlarının pozulduğu və tapdandığı indiki İran cəmiyyətində yaşamaq istəmirlər.
Tehrandakı rejim etiraz aksiyalarını zor gücünə yatıra bilər, lakin İran vətəndaşlarının haqlar və hüquqlar uğrunda mübarizəsini səngidə bilməyəcək.

Mollakratiya etiraz aksiyalarını yatırmaq üçün indiyədək istifadə etdiyi vasitələrdən bu gün də yararlanır: ən kobud zorakılıqdan çəkinməmək, küçələrə çıxanlara atəş açmağa hər an hazır olmaq, paralel olaraq interneti zəiflətmək və sosial şəbəkələrə çıxışı minimum həddə endirmək.
Aksiyaların mobil telefonlarla çəkilməsi isə rejimi bir qədər ehtiyatlı davranmağa vadar edir. Bununla yanaşı, repressiyalar, güzəştə getməkdən qorxmaq Tehran mollarkatiyasının artıq əvvəlki təki özünə güvənmədiyini göstərir.
Rejim təlaşda, panikadadır.
İrandakı hakimiyyət əhali ilə anlalışlı təması itirdiyi üçün özünü dalana dirəyib.
Son illərdə İranda mollakratiya hakimiyyəti ilə əhali arasında dərin uçurum yaranıb. Əhali kimlər tərəfindən idarə olunduğunu anlamır, hakimiyyət də vətəndaşların nə istədiklərini dərk etmir.
Bəs yaxşı, bundan sonra nə olacaq?
İranın ali dini rəhbəri, 83 yaşlı ayətulla Əli Xamneyinin səhhəti normada deyil və o, xəstədir.
Belədə, Xamneyinin varisinin kim olacağı məsələsi gündəmə gəlib.
İran prezidenti, 62 yaşlı İbrahim Rəisi bu postda olmayacaq, çünki əhali arasında populyar deyil.
Digər potensial namizəd - ayətulla Xamneyinin oğlu Müctəba Xamneyi - isə gərəkli nüfuza və xarizmaya malik deyil.

Qərbin çox ağır embarqolarına və sanksiyalarına məruz qalan, rüşvətxorluqla korrupsiyanın ağlagəlməz həddə çatdığı İranın iqtisadiyyatı çox ağır durumdadır.
Belə şəraitdə bağlı qapılar arxasında sakit hakimiyyət dəyişklikliyi sadəcə, mümkün deyil.
İranın indiki hakimiyyətinə, klerikal sistemə ən ciddi və ekzistensial çağırış olan etiraz aksiyaları səngimir.
Belədə çox yəqin ki, İranda real gücə malik, dövlət içində dövlət olan "İslam İnqilabı Keşikçiləri Korpusu" ("Pəsdəran") elitaları və təsir rıçaqlarını qorumaq üçün hərbçini hakimiyyətə gətirəcək, din xadimlərini arxa plana çəkəcək.
İrandakı proseslər dayandırıla bilər - amma İranın dəyişməsi labüddür və klerikal rejim bunun qarşısını ala bilməyəcək.
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
XƏBƏR LENTİ
-
Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir
-
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
-
Layma malikanəsini 5 milyona satır - (Foto)
-
14 il sonra ilk dəfə ət yedi - Göz yaşları "sel oldu" - (Video)
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
-
Abşeronda 33 yaşlı kişi bıçaqlandı
-
Robert De Niro Azərbaycana gəlir
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
"Atletiko" Alvaresi əvəz etmək üçün namizəd tapıb
-
Şəmkirdə kişi həmyerlisini qətlə yetirib
-
Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – Erix Pummer (Foto/Video)
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Rus turisti Türkiyədə 5 ulduzlu oteldə soydular - (Video)





