Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – Erix Pummer (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvanda yerləşən Mömünə xatun türbəsində aparılan bərpa-konservasiya işlərinin bir neçə il ərzində həyata keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə abidənin vəziyyətinin kompleks şəkildə araşdırılması, uyğun materialların seçilməsi və onun dayanıqlığının monitorinqi üçün nəzarət sistemlərinin müəyyənləşdirilməsi planlaşdırılır.
Milli.Az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkətinin direktoru Erix Pummer bildirib.
Onun sözlərinə görə, mütəxəssislər artıq zəruri müayinələri aparıb, türbənin tarixini, eləcə də abidədə mövcud olan zədələnmələrin xarakterini araşdırıblar.
"Biz artıq zəruri araşdırmaları aparmış, abidənin tarixini və zədələnmələrini öyrənmişik. Əldə etdiyimiz təcrübə əsasında türbənin qorunmasına və sabitləşdirilməsinə imkan verəcək bir sistem təklif edirik", - deyə Pummer qeyd edib.
O vurğulayıb ki, hazırkı mərhələ bir neçə il davam edəcək layihənin ilk mərhələsidir.
"İlk mərhələdə hansı sistem və materiallardan istifadə edilməli olduğunu, həmçinin abidənin statik vəziyyətinə daimi nəzarət üçün hansı sistemlərin tətbiq oluna biləcəyini müəyyənləşdirmək xüsusilə vacib idi. Hazırda üzərində çalışdığımız əsas məsələlər bunlardır", - şirkətin direktoru deyib.
Qeyd edək ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Mömünə xatun türbəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
Bərpa işləri Naxçıvan Muxtar Respublikasının tarixi-memarlıq irsinin qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində aparılır. 2023-2025-ci illərdə yerli və xarici mütəxəssislər tərəfindən türbənin vəziyyəti ilə bağlı müayinə və araşdırmalar aparılıb və nəticədə bərpa-konservasiya işlərinin görülməsinin zəruriliyi təsdiqlənib.
2025-ci ildə dövlət başçısı dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Mömünə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Türbə 1186-cı ildə görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən inşa edilib və Atabəylər memarlıq kompleksinin bir hissəsi olub. Kompleksdən dövrümüzə yalnız bu abidə gəlib çatıb.
Hazırda mütəxəssislər türbənin bərpası və dam örtüyünün yenidən qurulması üzrə işlər aparır, tikilinin mövcud mailliyini ölçür və nəzarətdə saxlayır, həmçinin drenaj sistemi yaradırlar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
XƏBƏR LENTİ
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
-
Abşeronda 33 yaşlı kişi bıçaqlandı
-
Robert De Niro Azərbaycana gəlir
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
"Atletiko" Alvaresi əvəz etmək üçün namizəd tapıb
-
Şəmkirdə kişi həmyerlisini qətlə yetirib
-
Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – Erix Pummer (Foto/Video)
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Rus turisti Türkiyədə 5 ulduzlu oteldə soydular - (Video)
-
Bayıl və Badamdarda qaz olmayacaq
-
Samir Bağırov uzun müddət sonra (Video)
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin (Videosu)
-
Enes Ünal İspaniyaya qayıdır
-
Yevlaxda ağır qəza - 2 ölü, 5 yaralı var - Yenilənib
-
Qəzada həlak olan AAYDA əməkdaşının (Fotosu)
-
Əkrəm İmamoğlu CHP-dən istefa verib
-
2 qarpız Avstraliyada siyasi qalmaqal yaratdı





