Ermənilərin daşlarını belə oğurlayıb satdıqları Ağdamın ağ günü
30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azad olunmuş Ağdamın ağ günləri yenidən başlayır.
Azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilən cinayətlərin, dağıntıların sayı-hesabı sonsuzdur. Lakin bütün bu xarablığa çevrilmiş ərazilər içərisində Ağdam daha çox ürək ağrıdır. Regionun mərkəzi olan Ağdam şəhəri xarabalığa çevilib. Ağdama çoxsaylı səfərlər edən xarici diplomatlar, səyyahlar və digər qonaqlar buranı "ruhlar şəhəri", "Qafqazın Xirosiması" adlandırdılar. Bu da təsadüfi deyildi, çünki Ağdamda daş daş üstündə qalmayıb, ermənilər hətta xaraba qoyduqları şəhərin daşlarını da oğurlayıb satıblar.
Artıq əsl sahibləri bu torpağa qayıtdıqdan sonra Ağdamın da mənzərəsi dəyişir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır.
Azərbaycan heç kimdən yardım almadan öz gücü, öz vəsaiti hesabına erməni vəhşiliyinə məruz qalmış ərazilərimizi bərpa edir, yenidən qurur.
2 ildən az müddət ərzində Ağdamda görülən işlər:
- "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının inşası artıq başa çatıb,
- Ağdam Sənaye Parkının inşası davam edir,
- Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin inşası inşası davam edir,
- Ağdam rayonunun Xıdırlı və Kəngərli, Sarıcalı kəndlərinin inşası inşası davam edir,
- Şəhərin daxili yol və kommunikasiya şəbəkəsi yenidən qurulur,
- City Hotel Agdam mehmanxanasının inşası davam edir,
- Pənahəli Xanın Sarayı və İmarət Kompleksində təmir-bərpa işləri aparılır,
- Xurşidbanu Natəvanın abidəsinin artıq açılışı olub,
- 470 mənzildən ibarət yaşayış məhəlləsi inşa edilir,
- Şəhərin dəmir yolu və avtovağzal kompleksinin inşası davam edir,
- Bərdə-Ağdam avtomobil yolunun inşası davam edir,
- Cümə məscidi bərpa olunur,
- 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanası və 1 nömrəli məktəbin inşası həyata keçirilir.
Əlbəttə, bu sadalananlar Ağdamda görülən işlərin bir hissəsidir. Ötən il şəhərin baş planı təsdiq olunub və bütün işlər plana uyğun şəkildə aparılır. Yeni Ağdamda 100 min əhalinin yaşaması, 1 750 fərdi ev və 23 min mənzilin inşası nəzərdə tutulur.
Təhsil Nazirliyi artıq Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada, həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. Şəhərdə məktəblər üçün yer elə seçilib ki, istənilən nöqtənin "300-350 metrliyində məktəb olacaq.
"Ağıllı və ya dayanaqlı şəhər" prinsipinə uyğun olaraq, burada su və elektrik təchizatı, sosial infrastruktur elə qurulacaq ki, əlçatan olsun və sakinlərin xəstəxana, məktəb və ya baş meydana piyada çatmaq imkanı olsun. "Ağıllı şəhər" konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibi olacaq.
Beləliklə, azad olunmuş ərazilərdən təkcə Ağdamda görülən və görüləcək işləri sadalamaqla bitirmək olmur. Azərbaycanın iqtsadi-siyasi gücü bütün layihələri uğurla həyata keçirməyə imkan verir.
Bu gün isə Ağdam üçün növbəti mötəbər hadisə baş verdi. 30 ilə yaxın dağdılan, daşları belə oğurlanan Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Azərbaycan ilə BMT-nin Yaşayış Məskənləri Proqramı UN-HABITAT arasında sıx əməkdaşlığın nəticəsində gerçəkləşən tədbirdə 44 xarici ölkədən olan 130-dan çox nümayəndə heyəti iştirak edir. Forumda çoxsaylı qonaqların iştirakı şəhərsalma sahəsində də Azərbaycana böyük marağın olduğunu göstərir.
Vətən müharibəsində Azərbaycan öz döyüş təcrübəsi, müharibə taktikası ilə bütün dünyanı heyrətləndirə bilmişdi. Bu gün Azərbaycanın tarixi qələbəsi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində öyrənilir. Hazırda da Azərbaycan növbəti dəfə dünyanın diqqət mərkəzindədir. Bu dəfə isə post-münaqişə dövründə aparılan sürətli quruculuq və bərpa işləri böyük maraqla qarşılanır.
Asif Mehman
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi





