XİN sözçüsü yayılan videolardan danışdı
Sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-nə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.
"Məsələ burasındadır ki, sosial şəbəkələrdə yayılan videoların araşdırılması ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən hələ bir müddət öncə hərtərəfli araşdırmanın başlanılması ilə bağlı bəyanat verilmişdi. Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılmışdı.
O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər? Günü bugün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər? Böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb.
Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər. Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir", - deyə L. Abdullayevə qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq





