Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.
Milli.Az