Siyasət

Ərazilərin Rusiyaya ilhaqı məsələsi ciddiləşir – Lavrovdan mesaj

20 Sentyabr 2022 23:47
Baxış: 1 506

"Hazırkı vəziyyət donbaslıların öz taleyinin sahibi olmaq istədiyini təsdiqləyir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Xüsusi hərbi əməliyyatın əvvəlindən, ümumiyyətlə, ondan əvvəlki dövrdən deyirik ki, öz taleyini müvafiq ərazilərin xalqları həll etməlidir. Bugünkü vəziyyət onların öz taleyinin sahibi olmaq istədiklərini təsdiqləyir", - XİN rəhbəri Donbasdakı tanınmamış respublikalarda Rusiyaya birləşməyə dair "referendum" keçirilməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.

Bundan əvvəl Donetsk və Luqanskdakı tanınmamış respublikalar bəyanat verərək, Rusiyaya birləşməyə dair "referendum" keçirəcəklərini bildiriblər. Eyni "referendum"un Ukraynanın başqa bir bölgəsində - rus ordusunun nəzarətindəki Xersonda keçiriləcəyi də bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics