Siyasət

Savaş bitənə qədər danışıqlar olmayacaq

15 Sentyabr 2022 08:37
Baxış: 1 787

Rusiya rəhbərliyi ilə gələcək danışıqlar Ukraynanın şərtləri əsasında aparılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibə başa çatdıqdan sonra qüvvədə olacaq və ölkə NATO-ya daxil olana qədər keçid dövrü sayılacaq.

"Müharibə bitənə qədər Rusiya ilə heç bir danışıqlar olmayacaq. Və Rusiya ilə aparılacaq danışıqlar bu gün Rusiyada irəli sürülən şərtlərlə deyil, Ukraynanın şərtləri ilə aparılacaq", - Jdanov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.