Siyasət

İsveçlə bağlı iddia Türkiyədə etiraz yaratdı – Dərhal reaksiya verdilər

11 Sentyabr 2022 20:05
Baxış: 779

"Rudaw" adlı saytda "İsveç Baş naziri Andersson: "Heç bir kürdü Türkiyəyə təhvil verməyəcəyik" başlıqlı xəbər yayılmışdı.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sözügedən xəbər İsveç baş naziri tərəfindən təkzib edilib.

Xəbərdə İsveç Baş naziri Maqdalena Anderssonun adından bu sözlərə yer verilmişdi:

"Heç bir kürdü Türkiyəyə təhvil verməyəcəyik. Mən İsveçin baş naziri olduğum müddətdə kürdlərin hüquqlarını həmişə müdafiə edəcəyik. Açıq şəkildə qeyd etmək lazımdır ki, Türkiyə ilə imzaladığımız razılaşmaya baxmayaraq, İsveç vətəndaşlığı olan heç bir kürd Türkiyəyə təhvil verilməyəcək. İsveç qanunlarına görə, terror aktı törətməyən heç kim deportasiya edilə bilməz. Eyni zamanda, İsveç qanunlarına görə terror aktı törətməyən hər kəsin həyatı tam qorunur".

Məlum olub ki, sözügedən sayt tərəfindən baş nazirin sözləri təhrif edilib.

Xəbər Türkiyədə sərt təpkilərlə qarşılandıqdan sonra açıqlama verən İsveç baş nazirinin ofisi Anderssonun sözlərinin təhrif edildiyini bildirib.

Anderssonun sözügedən sayta belə dediyi qeyd edilib:

"İsveçdə yaşayan kürdlərin narahat olmasına ehtiyac yoxdur. Əgər siz İsveç vətəndaşısınızsa və heç bir terror aktında iştirak etməmisinizsə, ekstradisiya ilə bağlı narahat olmağa dəyməz. Biz İsveç və beynəlxalq qanunlara əməl edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.