Siyasət

Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

8 Sentyabr 2022 08:53
Baxış: 675

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Almaniyada Qərb ölkələrinin Kiyevə hərbi yardımı koordinasiya etmək üçün yaratdığı qrupun iclasında Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.

Həftəlik "Defense News" qəzetinin ev sahibliyi etdiyi illik konfransda ondan, ABŞ-ın yeni hərbi yardım paketini elan edib-etməyəcəyi soruşuldu.

"Bəli, düşünürəm ki, nazir bunu elan edəcək",- deyə Kol cavab verib.

O, əlavə edib ki, yardım xüsusilə, HIMARS reaktiv buraxılış sistemləri üçün əlavə sursatlardan ibarət olacaq.

Nazir müavininin sözlərinə görə, ukraynalıların bu sursatlara həqiqətən ehtiyacı var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.