Siyasət

Rusiya 150 min şagirddən "qalxan" kimi istifadə edir

6 Sentyabr 2022 08:49
Baxış: 629

Rusiya işğalçıları Ukraynada daha bir çirkin taktikaya əl atıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk deyib.

Vereşşuk qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Rusiya Müdafiə Nazirliyi müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalı məktəblilərdən canlı qalxan kimi istifadə edir:

"Uşaqların həyatı və sağlamlığı üçün təhlükə olmasına baxmayaraq, Ukraynanın işğal olunmuş hissəsində işğalçılar şagirdləri məktəbə getməyə məcbur edirlər. Söhbət ən azı 150 min şagirddən gedir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.