Siyasət

Lavrovla Mirzoyan Putinin İrəvan səfərinə hazırlığını müzakirə ediblər

6 Sentyabr 2022 08:38
Baxış: 644

Xəbər verdiyimiz kimi, Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan Moskvada görüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüş zamanı Lavrovla Mirzoyan Rusiya Prezidenti Vladimir Putinin İrəvana dövlət səfərinə hazırlığını müzakirə ediblər.

Qeyd olunur ki, nazirlər İrəvanda keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkilinə də toxunublar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.