Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm fürsət yaranıb.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Katrin Kolonna ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm fürsətin yarandığını qeyd edən M.Çavuşoğlu Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan danışıqları kimi proseslərin dəstəklənməli olduğunu vurğulayıb.
Milli.Az