Siyasət

Brüssel görüşündən sonra İrəvandan kritik mesaj – Plan reallaşır

1 Sentyabr 2022 21:09
Baxış: 901

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında mümkün avtomobil marşrutunun açılması inkişaf mərhələsindədir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Avqustun 18-də Ermənistanın Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacağı bildirilib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən hökumətə qərar layihəsi təklif edilib.

Təhlükəsizlik Xidmətinin yeni açıqlamasında qeyd edilib ki, bu qurumdan təklif edilən layihəyə əsasən, üç yeni keçid məntəqəsinin açılması planlaşdırılır ki, bunlar vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına avtomobil yolu ilə getmək mümkün olacaq.

"Hazırda mümkün (avtomobil) marşrutlar və prosedurlar hazırlanır, ona görə də müvafiq qərarlar qəbul edildikdən sonra suallara cavab verilə bilər", - açıqlamada qeyd edilib.

Keçid məntəqələri Kəlbəcər, Qubadlı və Naxçıvan istiqamətlərində qoyulacaq.

Qeyd edək ki, dünən Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş baş tutub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.