Siyasət

Ermənilər Laçın, Zabux və Susdan çıxdılar

23 Avqust 2022 22:59
Baxış: 1 831

Ermənilər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən artıq tamamilə çıxıblar.

Əhali artıq Laçının mərkəzini, Zabux və Sus kəndlərini tərk ediblər. Zabuxda müəllimə işləyən Qayane İsaxanyan bildirib ki, onlar kənddən ötən çərşənbə günü çıxıblar: "Kənddən çıxandan sonra qayıdıb bir-iki gün orada qalmaq, kəndlə vidalaşmaq istədik. Lakin bizə bildirdilər ki, artıq geri qayıda bilmərik. Kənddə işıq, qaz, su, internet - bütün əlaqələr demək olar ki kəsilmişdi. Biz kəndə indi ancaq yuxarıdan baxa bilərik. Yollar bağlıdır..."

Laçında sonradan qoyulmuş sonuncu erməni abidəsi də artıq götürülüb. Buradan köçürülən əhali Zabuxla həmsərhəd olan Tex və Ermənistanın digər yaşayış məntəqələrində məskunlaşıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.