Siyasət

“Ukraynalılara mərhəmət olmayacaq” - Rusiya səfiri yazdı, sonra sildi - FOTO

20 Avqust 2022 19:57
Baxış: 900

Ukrayna Xarici İşlər Nazirliyi Avstriyanı Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovu ölkədən çıxarmağa çağırıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Ukrayna Xarici işlər nazirliyinin spikeri Oleq Nikolenko bununla bağlı rəsmi açıqlama yayıb.

"Rusiya səfiri Mixail Ulyanov Ukrayna xalqını məhv etməyə çağırır. Bu "soyqırım dili"nə dözmək olmaz. Biz Vyanadakı bütün diplomatik ictimaiyyəti Ulyanovu boykot etməyə və ev sahibi ölkəsi Avstriyanı onu "persona non qrata" elan etməyə çağırırıq", - deyə Nikolenko yazıb.

Qeyd edək ki, bir gün əvvəl Mixail Ulyanov Twitter-də Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a yeni hərbi yardım paketinə görə təşəkkür mesajının altında bu cümlələri yazıb: "Ukrayna əhalisinə mərhəmət yoxdur".

Mixail Ulyanov daha sonra paylaşımını silib və onun məzmununun yanlış şərh edildiyini bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.