Siyasət

İlham Əliyev: Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün çox mühümdür

16 Avqust 2022 22:13
Baxış: 347

Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür.

Bunu Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bizim çox geniş gündəliyimiz var və əməkdaşlığın yaxşı tarixi var. Bildiyiniz kimi, alman şirkətləri Azərbaycanda çox geniş təmsil olunub və əminəm ki, onların fəaliyyəti daha da geniş olacaq. Bizim yüksək səviyyəli səfərlərimiz və çox yaxşı siyasi əlaqələrimiz var. Əlbəttə, biz yeni fürsətlərin nədən ibarət olduğunu görməliyik. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics