Bu tarixə kimi Qarabağda silahlı erməni qalmamalıdır
Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ağır olmaqda davam edir. Buna baxmayaraq, "Qisas" əməliyyatı sayəsində erməniləri yerində oturtmaq və onların genişmiqyaslı təxribatını davam etdirmələrinin qarşısını almaq mümkün oldu. Lakin mövcud vəziyyət fonunda ermənilərin bu təxribatları davam etdirə biləcəkləri göz qabağındadır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O, İrəvanın münaqişə vəziyyətini beynəlmiləlləşdirməyə meyil etdiyini deyib:
"Ona görə də Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, bütün qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması tələbi aktual olaraq qalır və qeyd-şərtsiz yerinə yetirilməlidir. Paşinyanın həm Amerika Birləşmiş Ştatlarını, həm də Fransanı bura cəlb etmək cəhdləri tamamilə dağıdıcı təsir bağışlayır. Eyni zamanda ABŞ Senatında bir sıra erməni lobbiçilərinin bu gün Azərbaycan əleyhinə bəyanatlar verdiyinin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığının şahidi oluruq".
Bu baxımdan ekspert hesab edir ki, Rusiya və Azərbaycan müttəfiqlik əməkdaşlığı haqqında məlum bəyannaməyə əsaslanaraq, bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər:
"Məsələn, Üçtərəfli Bəyanat, həm də sonrakı müvafiq müqavilələrdə Paşinyanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi, siyasi cəhətdən buna məcbur edilməsi bura aiddir. Ümumiyyətlə, bu gün təmkinli olmaq, vəziyyətə nəzarət etmək, həmçinin birgə səylərlə erməni tərəfini öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcəyimizə arxalanmaq son dərəcə vacibdir. Bu öhdəliklərdən birincisi Laçın dəhlizinin yeni marşrutu, eləcə də qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasıdır. Temp o qədər sərt olmalıdır ki, 2022-ci il noyabrın 10-na kimi Qarabağda silahlı erməni qalmamalı, ancaq dinc əhalinin həmin yerlərdə yaşaması mümkündür".
Həmsöhbətimiz vurğulayıb ki, təxirəsalınmaz həllin tələb olunduğu məsələlər sırasında həm də Zəngəzur nəqliyyat dəhlizinin işə salınması var:
"Bundan başqa, 30 illik işğaldan sonra onların geridə qoyduğu minalanmış sahələrin xəritəsinin ötürülməsi, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası vacibdir. Ən əsası isə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 5 prinsip əsasında sülh müqaviləsini imzalamalıdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazda uzun illər davam edəcək sakit və proqnozlaşdırıla bilən inkişafın başlanğıcı olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





