Siyasət

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalandı - FOTO

2 Avqust 2022 13:20
Baxış: 672

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

"Türk dünyasının rifahını artıracaq, əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq",- M.Çavuşoğlu yazıb.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir. Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.