Siyasət

Ukrayna bu strateji şəhəri azad edə bilər

30 İyul 2022 08:37
0 Şərh     Baxış: 652

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin sağ sahil hissəsini, o cümlədən vilayət mərkəzini azad etmək şansı yüksəkdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna mediasına müsahibəsində beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Yuri Fedorov deyib.

"Nə üçün Donetsk vilayətində hücumun rus qoşunları üçün asan olacağına inanılır? Mən bunu görmürəm. Burada kifayət qədər möhkəmləndirilmiş istehkam var. Həmçinin, Slavyansk-Kramatorsk-Baxmut xətti boyunca mövqelər. Rusiya ordusu bu şəhərləri ala biləcək, lakin bu proses bir ayın məsələsi deyil", - Fedorov bildirib.

Ekspertin fikrincə, Donetsk vilayətinə hücum zamanı Rusiyanın logistika və əvvəlki kimi mərmi tədarükünü təmin edib artilleriya zərbələri endirməsi çətindir:

"Ümumiyyətlə, hərbi əməliyyatların mənzərəsi belədir ki, Xarkov vilayətində indiki mövqe müharibəsi 2-3 ay davam edə bilər. Ümid edirəm ki, Rusiya qoşunlarının Donetsk vilayətində hücumu çox ləng olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.