Siyasət

Bu şəxsin aylıq maaşı 3550 manat olacaq

29 İyul 2022 15:06
Baxış: 1 961

Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

- 71.1-ci maddədə "Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə" sözləri "aylıq vəzifə maaşının 50 faizi məbləğində" sözləri ilə əvəz edilsin;

- 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.";

- 72.2-ci və 73.6-cı maddələr ləğv edilsin;

- 73.9-cu maddədən ", 73.6-cı" sözləri çıxarılsın.

Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.