Siyasət

İlham Əliyev Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə dəstəyini bildirib

24 İyul 2022 13:38
Baxış: 1 979

Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı bildirilib.

Qeyd edilib ki, dövlətimizin başçısı Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib.

Öz növbəsində Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.