Siyasət

"Sinəmdə Azərbaycanın hədiyyəsi idi" - Mariya Zaxarova - FOTO

22 İyul 2022 09:30
10 Şərh     Baxış: 18 613

"Dünənki brifinqdə pencəyimin yaxasında olan bayraq barədə mənə çox sual verirlər. Bəziləri hətta hesab edirlər ki, bu, naxışlı tikmədir. Anladıram".

Milli.Az bildirir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tedegram kanalında belə yazıb.

İyulun 21-də Rusiya XİN-dəki brifinq zamanı M.Zaxarovanın pencəyinin yaxasında Rusiya bayrağı vardı.

"Sinəmdə Azərbaycanın hədiyyəsi idi. Daha doğrusu, Azərbaycanda yaşayan rusiyalıların xahişi ilə azərbaycanlı xanım ustanın hazırladığı bu broşu Bakıdakı Müqəddəs Məryəm Ananın Miladı kilsəsi hədiyyə edib. Kilsənin keşişi Antonni ata bu yaxınlarda mənə həmin broşu Bakıda kilsədə ibadət edən dindarların adından verdi.

Üçrəngi muncuqlarla tam bir dünya bəzədilib. Onda həmvətənlərimizin, soydaşlarımızın istisi, onların Rusiyaya sevgisi, şəfqəti və səmimiyyəti var.

Ürəyimin üzərində gəzdirəcəyəm", - M.Zaxarova yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.