Siyasət

"Tarixi qərarlar hazırlayırıq" - Zelenski

21 İyul 2022 08:28
0 Şərh     Baxış: 850

Kiyev Ukrayna-Avropa İttifaqı (Aİ) sammitini keçirməyə hazırlaşır və bu, ölkənin Aİ-yə üzvlüyündə irəliləməsinə kömək edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığından sonra bildirib.

Ukrayna liderinin sözlərinə görə, əsas mövzu Ukraynanın Avropa İttifaqından maliyyə dəstəyi olub.

"Biz Avropa İttifaqına gedən yolda dövlətimizin institusional güclənməsinə hazırlaşırıq. Tezliklə bununla bağlı mühüm xəbərlər ola bilər. Biz Avropada iştirakımız üçün bəzi tarixi qərarlar hazırlayırıq", - deyə Zelenski vurğulayıb.

Zelenski Kiyevin hansı tarixi qərarlar hazırladığını açıqlamayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.