Siyasət

Ukrayna Lisiçansk şəhərinin ələ keçirildiyini TƏSDİQLƏDİ

3 İyul 2022 21:18
0 Şərh     Baxış: 839

Ukrayna ordusu gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, yaylım atəşli reaktiv sistemləri ilə Ukrayna ordusunun mövqelərinə atəş açıblar və hərbçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Lisiçansk şəhərinin ələ keçirildiyini və Luqansk vilayətində nəzarətin tam ələ alındığını elan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.