Siyasət

Tibb müəssisələrində 500 manatdan artıq olan ödənişlər yalnız nağdsız formada aparılacaq

30 İyun 2022 16:24
Baxış: 932

Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" və "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, "Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu dəyişiklik özəl tibb müəssisələrinə də aid ediləcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.