Siyasət

Bu medalın təsviri təsdiqləndi

28 İyun 2022 16:46
Baxış: 828

Prezident İlham Əliyev "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalı" hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda yeni hissə əlavə olunur:

"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı.".

Həmçinin, "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilir (əlavə olunur).

Eyni zamanda, "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.