Siyasət

Rusiya 49 britaniyalıya qarşı sanksiya tətbiq etdi

14 İyun 2022 21:29
0 Şərh     Baxış: 782

Rusiya Xarici İşlər Nazirliyi jurnalistlər də daxil olmaqla, 49 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sanksiya siyahısı Rusiya Nazirliyinin saytında dərc olunub.

Siyahıda yer alan Britaniya vətəndaşlarının Rusiyaya girişi qadağan edilib.

Siyahıda "The Guardian"ın müxbirləri, BBC-nin əməkdaşları, eləcə də, Böyük Britaniyanın "Daily Mail" və "İndependent" qəzetlərinin baş redaktorları, "Times" qəzetinin müharibə xəbərləri redaktoru da var.

Media nümayəndələri ilə yanaşı, sanksiya siyahısına Britaniya müdafiə kompleksi ilə əlaqəli şəxslər də daxildir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kanadanın 41 vətəndaşını "stop siyahısı"na daxil edib. Sanksiya siyahısında olan kanadalıların əksəriyyəti Kanada Ukrayna Konqresinə bağlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.